"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq" - Eldar Əzizov 

11:06 10.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır".

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür:

"Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq".